“Kremlin atəşkəs çağırışlarına diqqət yetirilməməlidir” – Plan pozulsun !

20-07-2020, 23:01 277 dəfə baxılıb

“Çünki Ermənistan yenidən toparlanıb Tovuzda hücuma keçə bilər”

“Məqsəd Azərbaycanın Qərb qapısına nəzarət etməkdir”



"Türkiyədən Qarabağla bağlı açıq mesajların verilməsi, Azərbaycan hərbi heyətinin Ankaraya səfəri döyüşlərin Qarabağ cəbhəsinə keçməsinə zəmin yaradırdı".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Türkiyə Ermənistanın Tovuz istiqamətində bu təxribatlarını İrəvanın boyunu aşdığını vurğuladı:

"Ankara Azərbaycanın tək olmadığını elan etdi və bununla Moskvaya mesaj verirdi. Tovuz təxribatı Rusiya və Türkiyə arasında Qafqaz uğrunda həlledici bir prosesin başlanması anlamına gəlir. Rusiya Ankaranın mövqeyindən narahat idi. Moskva Cənub Hərbi dairəsinə daxil olan qoşun növlərini həyəcan siqnalı ilə təlimlərə qaldırdı.




Qara və Xəzər dənizində hərbi gəmilər döyüş vəziyyətinə gətirildi. Ardınca Rusiyada Təhlükəsizlik Şurasının iclasını keçirildi. Bununla da Rusiya, Türkiyə-Azərbaycan tandemindən narahatlığını aydın nümayiş etdirdi".

Analitik vurğulayıb ki, artıq Rusiya tərəfləri atəşkəsə çağırır:

"Moskvanın vasitəçiliyi yenidən prosesi uzadacaq. Rəsmi Bakı hərbi heyəti Ankaraya göndərməklə, Moskvaya mesaj verdi. Bu, açıq şəkildə Türkiyə Azərbaycan birliyinin nümayişidir.

Ordumuz Qarabağda hərbi vəziyyəti üst səviyyədə saxlayıb, işğalçıya zərbə vurmalıdır. Bu müharibədə Türkiyə Azərbaycana dəstək verəcək. Rusiya nəhayət Türkiyə faktoru ilə razılaşacaq və həll variantlarına razı olacaq. Kremlin atəşkəs çağırışlarına diqqət yetirilməməlidir.

Çünki Ermənistan yenidən toparlanıb Tovuzda hücuma keçə bilər. Məqsəd Azərbaycanın Qərb qapısına nəzarət etməkdir. Bu, Kreml və İrəvanın əsas planıdır"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR