Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: - Dövlət işinə gedir...

27-07-2020, 13:16 239 dəfə baxılıb

Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: - Dövlət işinə gedir...

Milli Məclisin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi "CARRIMLI LIMITED" şirkətini könüllü şəkildə ləğv edib.
"Kommersant.az" xəbər verir ki, bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Bununla bağlı o, iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib. Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq.

Xatırladım ki, deputatın oğlunun Britaniyada şirkət təsis etməsi ilə bağlı 5 ay öncə məlumat acıqlamışdım. "CARRIMLI LIMITED"-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. Fəxri Kərimli Oksford məzunudur. Çox güman ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda ciddi dövlət işinə düzəlməsi ilə əlaqədardır.

Azər Kərimlinin diğər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: - Dövlət işinə gedir...
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: - Dövlət işinə gedir...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR