Nyu-Yorkda villa alan susqun millət vəkili- ONU TANIYIRSINIZMI

17-08-2020, 09:45 419 dəfə baxılıb




Nyu-Yorkda villa alan susqun millət vəkili- ONU TANIYIRSINIZMI

Ən yeni deputat” rubrikamızın bu sayında anons etdiyimiz kimi, tanış olacağınız deputat Məşhur Məmmədovdur.
Milli Məclisin qeyri-məşhur millət vəkili sayılan Məşhur Məmmədov deputat yox, daha çox mebel sənayesindəki fəaliyyəti ilə məşhurdur.
Reportyor.info xəbər verir ki, Masallıdan olan deputatı istərsə yerli camaat, istərsə ölkə ictimaiyyəti “Embawood” mebel şirkətinin sahibi kimi tanıyır. Yəni, bu qeyri-rəsmi deyil, M.Məmmədov faktiki şirkətin təsisçisidir.
O, eyni zamanda Azərbaycan Mebel İstehsalçıları Assosasiyasının sədridir. 1996-2011-ci illədə “Embawood” mebel şirkətinin təsisçisi və baş direktoru olub.


2011-2013 dövründə “Embawood”un Gürcüstan şirkətinin baş direktoru olub. 2013-2015 illərində “Embawood” şirkətinin təsisçisi və direktor müavini olub.
İlk dəfə Milli Məclisə düşən, digər biznesmen – “Ştutqart” mağazalarının sahibi olan keçiş deputat Nəriman Əliyevi əvəzləyən Məşhur Məmmədov fəaliyyətinə görə hələ ki həmyerlisindən ciddi şəkildə fərqlənmir.
Millət vəkili ən yeni mandat sahiblərindən olsa da, seçilmək, etimadı doğrultmaq, həm seçicinin, həm siyasi rəhbərliyin qarşısında özünü təsdiqləmək üçün heç bir səy göstərmir.
Elə deputatlar ki, dəridən-qabıqdan çıxır, fəallıq göstərir, tez-tez müsahibələr verir, telekanallara çıxır, seçiciyə səslənir, hansısa probleminə yardımçı olur sosial şəbəkədə aktiv olur, ən əsası parlamentdə çıxışları, təklifləri ilə gözə girir, amma bu sadalanan amillərin demək olar heç biri Məşhur Məmmədovda yoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR