Keçmiş "boz kardinal"ın əsas adamı "Bəy Mamed" yoxsa “Şərurlu İsfəndiyar”?

9-09-2020, 09:13 415 dəfə baxılıb

Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri,AMEA-nın prezidenti Ramiz Mehdiyevin ölkə qanunlarını heçə sayması,eyni zamanda dövlət vəzifəsi daşıdığı müddətdə istər özü,istərsə də ətrafındakı insanları necə və hansı yollarla varlandırması istiqmətində bir çox gizlinlər gün üzünə çıxmaqda davam edir.
"Boz kardinal"ın ətrafında yer alanlar içərisində hüquq-mühafizə orqanları əməkdaşlarından tutmuş,biznes sahəsinə qədər uzanan bir kamanda olduğu kimsəyə sir deyil və elə Mehdiyevin nəvəsinin toyunda boy göstərən kəslərin bir hissəsi də bunu təsdiq etmiş oldular.
Sonuncu isə "Musavat.com"a açıqlama verən "Şərurlu İsfəndiyar” idi ki,o da müsahibəsibdə Mehdiyevlə əlaqələrini danmağa çalışıb.Amma maraqlıdır görəsən "Bəy Mamed"kimi tanınan iş adamı Məmməd İsmayılov da Ramiz Mehdiyevlə əlaqələrini danacaqmı?
Qeyd edək ki,"Bəy Mamed" ləqəbli iş adamı inşaat srktorunda Ramiz Mehdiyevin qeyri rəsmi sahibi olduğu şirkətlərə nəzarət etdiyi iddia edilməkdədir.
Bir məlumatı da qeyd edək ki, hələ illər əvvəl Səbail rayon İH-nin başçısı Rüstəm Məmmədov və ondan sonra Hüseyn Hüseynov işlədikləri müddətdə Səbail rayon ərazisində Yeni Səlyan yolu ərazisundə hektarlarla ərazi ,eyni zamanda da Badamdar qəsəbəsində Ramiz Mehdiyevə hədiyyə edilib.Bu gün Yeni Səlyan yolu ünvanda,"Su İdmanı Sarayı" qarşısında inşa edilən beş mərtəbəli binalar "Bəy Mamed"tərəfindən inşaa edilib. //Vətəninfo.az//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR