İTTİHAM: Əli Həsənov, Vüqar Səfərli və Mətbuat Şurasının üzvləri cinayətkar dəstə yaratmışdılar, - "saxladıqları" qızlara da ev verirdilər

17-09-2020, 19:02 172 dəfə baxılıb

“KİVDF uzun müddət Əli Həsənova məxsus olan və rus-Azərbaycan dillərində çıxan “Kaspi” və “Palitra” qəzetlərinə ildə 120 min dollar, sonra isə 120 min manat vəsait ayırırdı”.

Bunu KONKRET.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, KİVDF-nin vəsait ayırdığı 7-8 qəzet Əli Həsənova məxsus idi:

“Yerdə qalanlar isə Mətbuat Şurasına məxsus olub. Bizim “Hürriyyət” qəzetinin baş redaktoru Mətbuat Şurasında təmsil olunmurdu deyə qəzetə maliyyə ayrılmırdı. Uzun illər “Hürriyyət” qəzetinə heç bir maliyyə verilmədi. Azərbaycanda yeganə müxalif qəzet idi. Vaxtı ilə 35 min tırajla çıxıb. Ölkənin ən güclü qəzetlərindən biri olub. Maliyyə ayrılması haqda ölkə başçısına yazdıq. Ən sonda bizim qəzetə 6 aya 3000 min, daha sonra isə 9000 min manat ayrıldı. Sonuncu dəfə də 20 min manat pul verdilər. Bunun üçün də Mətbuat Şurası şərtlər qoyurdu. Şərt Vüqar Səfərliyə aid olan qəzet yayımı şirkəti ilə bağlı idi. Biz qəzeti çıxarıb Mətbuat yayımına göndərirdik. Onlar da qəzeti yaymırdı, yalandan deyirdi ki, qəzetiniz satılmır. Bu formada 50 oyun qururdular. İstəyirdilər ki, imkan daxilində KİVDF-yə ayrılan pullarla qəzetlərə kömək olunmasın. Mənzil məsələsində də çox ədalətsizliklərə yol verilirdi. Bizim nəşriyyatımızın direktoruna ailəsində iki şəhid olsa da 30 ildir ki, ev verilmədi. Hazırda 3 uşaqla kirayədə yaşayır. Mətbuat Şurasında təmsil olunan elə baş redaktor var ki, onun bacısı oğluna, sürücüsünə, saxladığına, katibəsinə belə ev aldırıb”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, hətta Mətbuat Şurasının elə üzvü var ki, ona hədiyyə kimi ev verilib:

“Məndə olan məlumata görə hər birindən də şirinlik kimi 10 min manat pul alıblar. Hətta ayrı-ayrı jurnalistlərə belə verilən evlər üçün bu məbləği toplayıblar. Dövlətin mətbuatın inkişafına görə ayırdığı evlər satılıb, mənimsənilib. Ayrılan pullar da təyinatı üzrə xərclənməyib. Mətbuatın inkişafına milyonlarla pul xərclənib. KİVDF fəaliyyətə başladığı gündən mətbuatın vəziyyəti daha da ağırlaşıb. Qəzetlərin tirajında heç bir irələyiş yoxdur. Yoxlamırlar ki, hər il 120 min dollar ayrılan qəzetdə hansı inkişaf olub. Nə tirajı artıb, nə də keyfiyyəti. O pullarla özlərinə univermaq, market, otellər və xarici dövlətlərdə ev alıblar. Vüqar Səfərlinin başçılığı ilə mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib. Onlar mətbuta ayırılan pulların mənimsənilməsində əlbir olublar. Bundan görə Mətbuat Şurasının hər bir üzvü məsuliyyət daşıyır. Çünki onların səs verməsi nəticəsində ev verilib. Sadəcə Vüqar Səfərli bir az çox alıb. Mətbuat Şurasının üzvləri jurnalistlərə ayrılan pulları mənimsəməkdə əlbir olublar. Bu cinayətdə əlbir olduğuna görə həm də onların hər birinə qeyri-qanuni yollarla evlər verilib, qəzetlərlinə də maliyyə ayrılıb. Təbii ki, Əli Həsənov bu sektora nəzarət etdiyinə və cinayətkarlığın qarşısını almadığına görə o da məsuliyyət daşıyır.

Biz dəfələrlə demişik ki, rus-Azərbaycan dillərindən çıxan “Kaspi” qəzetinə ildə 120 min dollar ayrılır. Yəni yarım milyon dollar yalnız Əli Həsənovun qəzetlərinə verilib. Eləcə də jurnalistlər üçün tikilən mənzillər Əli Həsənovun qohumlarına, yaxınlarına hədiyyə edilib”.

ADP sədri fikrini belə tamamlayıb:

“Azərbaycanda nə qədər jurnalist varsa, onların 90 faizi evsizdir. Bu, onu göstərir ki, jurnalistlər üçün ayrılan evlər başqa məqsədlər üçün istifadə edilib. Bu gün o mənzillərin çoxu satılıb. Əgər onların evə ehtiyacı varsa, niyə satılır? Bu evlər alver məqsədi ilə verilməyib. KİVDF-nin və Mətbuat Şurasının bütün üzvlərinin ev alması araşdırılmalıdır, çünki mütəşəkkil dəstə olublar. Onların rəyi olmadan heç kimə ev verilmirdi. Təkcə Əli Həsənov rol oynamırdı, gərək Mətbuat Şurasının üzvləri də səs verərdilər. 10-15 nəfər birləşib dövlətin mətbuatın inkişafına ayırdığı pulları uzun illərdir ki, mənimsəyib, şəxsi ehtiyatlarına xərcləyiblər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR