AMEA-da nə baş verir,Ramiz Mehdiyev köhnə havalarını Rasim Ağasiyevə çaldırır…

5-11-2020, 12:03 306 dəfə baxılıb

Ölkəmizin Vətən müharibəsində sevindirici qələbələr çaldığı yaşadığımız günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında əndərbadi oyunlar baş verir.Ramiz Mehdiyevin ölkəmizin bu ali elm məbədində qurduğu yeni qaydalardan narazıların sayı artmaqda davam edir.Ramiz Mehdiyevin AMEA-da əsdirdiyi tufanların başında kadr və digər önəmli işlər üzrə yardımçısı Rasim Ağasiyev dayanır.Kifayət qədər qara keçmişi olan Rasim Ağasiyevin əsas şakəri AMEA-da ona boyun əyməyən perspektivli kadrları müxtəlif üsullarla ləkələyərək sonda qoca bossunun gözündən salıb işlərindən atdırmaqdır.Saytımıza daxil olan etibarlı məlumatlara görə məhz Rasim Ağasiyevin qurduğu oyunlara qurban gedənlərdən AMEA-nın Rəyasət Heyyətinin 5 nəfər üzvü vəzifələrindən kənarlaşdırılıb və bu məlumatda ictimaiyyətdən gizlədilir.Bir sözlə,görünən odur ki,Ramiz Mehdiyevin köhnə havası hələ başındadır.Vətən Müharibəsinin onu cəmiyyətin yadından çıxardığını düşünən Ramiz Mehdiyev sanki cəmiyyətin yaxın keçmişdə etdikləri günahlarını hesabının ondan sormasının heyfini AMEA-nın əməkdaşlarından alaraq əlaltısı Rasim Ağasiyevlə onlara sözün əsl mənasında qan udduraraq bildiklərini edirlər.AMEA-da Ramiz Mehdiyevlə,Rasim Ağasiyevin birlikdə oynadıqları qaranlıq oyunlardan saytımıza daxil olmuş şok,qandonduran faktları dərc edəcəyik,bizi izləyin,nələr,nələr…Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ərtoğrul Fateh

İdeologiya.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR