“Rusiya Şuşaya çəkilən yolu ermənilərin nəzarətinə verməyə çalışır” - Sensasion İDDİA

14-12-2020, 20:11 262 dəfə baxılıb

"Rusiya sülhməramli qüvvələri Qarabağda erməni terroruna dəstək verir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib. O Hadrut təxribatında Rusiyanın "Sülhməramlı qüvvələrinin" komandanı Rüstəm Muradov və terrorçubaşı Arayik Arutunyan birgə hərəkət etdiyini bildirib:

“Onlara Rusiya sülhməramlı qüvvələri bu qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannamənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndi və bir yüksəkliyə nəzarəti ələ alıb. Bundan sonra Ermənistan Prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bu prosesdən Moskva da məmnundur. Çünki Rusiya Dağlıq Qarabağda belə bir insidentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsizlik təmin edilməsin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın”.

Siyasi şərhçi Şuşaya çəkilən yolu Rusiyanın ermənilərin nəzarətinə verməyə çalışdığını və buna görə Rusiya "sülhməramlı qüvvələri"nin Qarabağdan çıxarılmalı olduğunu vurğulayıb:

''Hadrut ətrafında xeyli silah-sursat aşkar edilib. Bu terrora logistik dəstəkdir. Bura Abxaziya, nədə Cənubi Osetiya deyil. Rusiya buradan çıxmalıdır. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiyanın fəaliyyəti Qarabağda sülhməramlı deyil, ermeni terroruna dəstək verir. Açıq şəkildə Rusiya iç üzünü ortaya qoyur. Görünür ki, qələbə paradı və Türkiyə ilə birgə ortaq müttəfiqliyimiz Kremli narahat edib''.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR