Türkiyə Rusiyaya yerini göstərdi: Türk Generallar hazırdır...

18-12-2020, 10:53 163 dəfə baxılıb

“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Oxu24.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik.

Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik.

Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o vurğulayıb.

H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır:

“Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR