Azərbaycanda rektor imtahanda 100 bal toplayan tələbələrə pul verir

11-07-2015, 11:53 1136 dəfə baxılıb

Azərbaycanda rektor imtahanda 100 bal toplayan tələbələrə pul verir
















Əlaçı tələbələrin sayı artıb

Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin yekunlarına həsr olunan elmi şuranın geniş iclası keçirilib.

azinfo.tv xəbər verir ki, şuranın iclasında hesabat dövründə universitedə görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.

İmtahan sessiyasının nəticələri barədə məruzə edən universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov 2014/2015-ci tədris ilinin yay və qış imtahan sessiyasının nəticələrini müqayisəli şəkildə təqdim edib.

O qeyd edib ki, universitet rektorunun təşəbbüsü və dəstəyi ilə 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin “2 fevral - Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və hədiyyələrin verilməsi imtahan sessiyasının nəticələrinə öz müsbət təsirini göstərib, əlaçı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb.

Tədbirin sonunda “ən yaxşı fakültə”, “ən yaxşı kafedra”, “ən yaxşı şöbə”, “ən yaxşı kitab müəllifi”, “ən yaxşı texniki işçi”, “ən yaxşı məqalə” və “ilin tələbəsi” nominasiyaları üzrə qaliblərə mükafatlar verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR