Deputatdan sərt reaksiya: "Sanki, nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər"

13-12-2015, 13:15 609 dəfə baxılıb

Deputatdan sərt reaksiya: "Sanki, nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər"

















Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında millət vəkillərinin, bütövlükdə Milli Məclisin səlahiyyətlərinin artırılması təklif edilib

Məlumatına görə, iclasda çıxış edən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı ictimai rəy var:

"Bunu da mətbuat ortaya qoyur. Bəzən hər hansı məsələ ilə bağlı mətbuatın üzrərinə gedirik, amma əslində, mətbuat ictimai rəyin yaradılmasında böyük rol oynayır. Odur ki, ictimai rəyi də əsas götürərək belə hesab edirəm ki, Milli Məclisin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu gün nazirlər, komitə sədrləri bizdən - xalqın seçdiyi təmsilçilərdən daha geniş səlahiyyətlərə malikdir. Bir dəfə demişəm, indi də deyirəm ki, bəzi nazirlər, komitə sədrləri, sanki, əlçatmaz olublar. Onlar telefonlara cavab vermirlər. Bəzən parlamentdə də elə bir atmosfer yaradılır ki, sanki, nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər. Bu düzgün deyil".

F.Ağamalının sözlərinə görə, son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini çox aşıblar və bir sıra qanunsuzluqlara yol veriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR