"AZƏRBAYCANA MƏXSUS UÇAN TANK VURULUB"

14-12-2015, 11:15 683 dəfə baxılıb

"AZƏRBAYCANA MƏXSUS UÇAN TANK VURULUB"



















Ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq

Bunu milli.az-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyindən erməni elektron kütləvi informasiya vasitələri növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yaydığı xəbərə münasibət bildirilərkən bəyan edib.

Nazirlikdən bildiriblər ki, bu xəbər, sadəcə, cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı: "Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq.

Əslində, erməni cəmiyyətində "ruh yüksəkliyi" yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar.

Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətləri nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə plana uyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR