Putin Navalnını həbsxanada çürüdəcək –Kremlin səbri tükənib

19-01-2021, 09:48 165 dəfə baxılıb

Putin Navalnını  həbsxanada çürüdəcək –Kremlin səbri tükənib


“Putinin qarşısında dilemma var- hakimiyyəti ən sərt və effektiv tənqid edən müxalifətçi ilə nə etməli?
Bəlkə uzun müddətli həbs? Axı Putin bir dəfə belə edib. 2000-ci illərin əvvəlində Mixail Xodorkovskinin başına belə oyun açılmışdı.
Ancaq Navalnı ilə bunu etmək olarmı? Bəlkə də olar..
İdealda hakimiyyətin arzuladığı Navalnının daim qorxu altında saxlamaqdı, bu halda uzun müddətli həbs gərək deyil. Ancaq FTB və güc strukturları onun “içəridə çürüməsinin” lehenədirlər.
Ancaq bu halda inadkar müxalifətçinin protest elektoratı küçələrə töküləcək.
Kütləvi etirazlar Navalnının köməyinə əvvəllər də çatıb. 2013-cü ilə qondarma ittihamla ona 5 il iş kəsdilər Səhəri mitinqçilər Kremlin qarşısına çıxıb nəqliyyatı iflic etdilər. Bir ildən sonra Soçidə Olimpiada keçirilməli idi. Hakimiyyət məcbur olub güzəştə getdi. Navalnının ittihamın dəyişib şərti məhkumluqla əvəzlədilər.
Bu da onu sübut edir ki, Rusiya məhkəmələri müstəqil deyil. Hökmlər, çıxarılan ittihamlar siyasi qərardan asılıdır.
Ancaq indiki vəziyyət əvvəlkindən çox dəyişib. Moskva ilə Qərbin əlaqələri daha pisdir. Hakimiyyət Navalnının əlindən bezib.
Müxalifət parlament seçkilərində nəyisə dəyişə bilər. Amma gecdir. Putin Konstitusiyada dəyişiklik edib. 2036-cı ilə kimi hakimiyyətdə qala bilər.
Düzdür, Navalnının həbsi yeni sanksiyalara səbəb olacaq. Ancaq heç nəyi dəyişməyəcək.
Qaldı ki, protest gəncliyə. Karonavirusla mübarizə şəraitində məhdidiyyətləri tətbiq edib etirazçıları cəzalandırmaq daha asandır.
İlqar Atayev
Kaim.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR