Azərbaycan Eboladan zərər çəkmiş ölkələr üçün milyon dollar ayıracaq

11-07-2015, 12:57 1020 dəfə baxılıb

Azərbaycan Eboladan zərər çəkmiş ölkələr üçün milyon dollar ayıracaq

















“Biz yaxşılığı unutmuruq və eyni cür cavab vermək istəyirik”

Azərbaycan hökuməti Eboladan zərər çəkən ölkələrin iqtisadiyyatını bərpa etmək üçün milyon dollar ayırmağa hazırlaşır.

Bu barədə BMT Radiosuna verdiyi müsahibəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib:

“Azərbaycanın müstəqilliyinin bərpasının ilkin dönəmində biz böyük problem yaşadıq. O, indi də mövcuddur, amma yetərincə yumşalıb – Ermənistan ilə münaqişə nəticəsində bir milyon qaçqın. O zaman beynəlxalq ictimaiyyət Azərbaycana yardım etdi. Biz bunu xatırlayırıq, unutmamışıq. Nə vaxtsa resipient ölkə olan Azərbaycan, bu gün fəal donora çevrilir. Biz yaxşılığı unutmuruq və eyni cür cavab vermək istəyirik”.

Dünən BMT-nin baş qərargahında Eboladan zərər çəkən ölkələr üçün vəsait yığımı üzrə beynəlxalq konfrans başa çatdı. Konfrans çərçivəsində BMT-nin baş katibinin, eləcə də Qvineya, Liberiya və Syerr-Leon prezidentlərinin yüksək səviyyəli görüşü baş tutdu.

Konfransın nəticəsi Qvineya, Liberiya və Syerr-Leonun bərpası üçün ölkələrin beş milyon dolların ayrılmasına dair vəsaitin ayrılacağı barədə vədi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR