"Hərbi prokurorluqda demişəm ki, Elçini Rövşən Əkbərov öldürüb!"

17-03-2021, 09:04 150 dəfə baxılıb

General Rövşən Əkbərovun həbsi ''Olaylar'' qəzetinin baş redaktoru Yunus Oğuz üçün də ciddi başağrısına çevrilə bilər.

Generalın ittiham olunduğu qətl hadisəsində Y.Oğuzun da şahid olduğu iddia olunur.

Mərhum Elçin Əliyevin anası Səmayə xanımın istintaqa verdiyi ifadədə və mətbuata müsahibələrində Y.Oğuzun orda olduğu bildirilir və qətl zamanı qorxudan şoka düşür, pəncərədən çıxıb qaçır. Təbii ki, bütün bunları yeni başladılan istintaq detallarına qədər araşdıracaq.

Rəsmən təsdiqlənməsə də, Rövşən Əkbərovun iş adamı Elçin Əliyevin qətlində ittiham edildiyi bildirilir. Elçin Əliyev 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. O, hadisədə, həmçinin, Nazim İbrahimovu ittiham edir.
Y.Oğuz Criminal.az saytına açıqlamasında bildirdi ki, qətl baş verən zaman hadisə yerində olmayıb: "Mən 1998-ci ildə Azərbaycana qayıtmışam, qətl isə 2001-ci ildə baş verib. Qətldə mənim adımı hallandıranları məhkəməyə verəcəm. Elçinin anası da müsahibələrində mənim adımı çəkməyib. O, Yunus Oğuzun qardaşı sözünü deyə bilər".

Jurnalist Fərəməz Novruzoğlu isə sosial şəbəkədə yazıb ki, qətl hadisə ilə bağlı Y. Oğuzla telefon danışığı olub və deyib ki, Hərbi prokurorluğa verdiyi ifadələrində göstərib ki, Elçini Rövşən Əkbərov öldürüb!

F.Novruzoğlu sual edib ki, Yunus bəy, əgər orda olmamısınızsa, hardan bilirsiniz ki, Elçin Əliyevi Rövşən Əkbərov öldürüb? "Bir maraqlı sual da budu: hadisənin əsas şahidlərindən biri Elçini Rövşənin öldürdüyünü öz ifadəsində göstərirsə, Rövşən niyə 20 il azadlıqda qalıb? Görünən o ki, Rövşən Əkbərovdan sonra həbs dalğası gələcək!!", - deyə jurnalist qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR