Çingiz Qənizadə “Human Rights Watch”ın bəyanatını pislədi

25-03-2021, 14:40 270 dəfə baxılıb

Çingiz Qənizadə “Human Rights Watch”ın bəyanatını pislədiBeynəlxalq insan hüquqları təşkilatları, o cümlədən, "Human Rights Watch” təşkilatının  bu cür açıqlamalarla çıxış etməsi birinci dəfə deyil. "Amnestry  İnternational”, "Freedom House”  və digər təşkilatlar Azərbaycana qarşı sistematik olaraq qərəzli hesabatlar yaymaqda davam edirlər. Xatırlayırıq ki, İkinci Qarabağ savaşı zamanı Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisi məskunlaşan Gəncəyə, Bərdəyə, eləcə də, digər şəhər və rayonlarımıza raketlərdən atəş açılarkən bu təşkilatlar susdular. Dəfələrlə müraciət etdikdən sonra "Amnestry İnternational” təşkilatı Bərdəyə öz nümayəndəsini göndərdi və yarımçıq hesabat hazırladı. "Human Rights Watch”  təşkilatının indiki açıqlaması qərəzlidir. Yoxlanılmamış məlumatlar əsasında belə bir hesabat hazırlayıblar. Faktlara söykənməyən hesabatdır. Peşəkarcasına hazırlanmayıb. 


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR