Deputatla səfirlik arasında qalmaqal - “Cənab səfir bilsin ki, şər atmırıq, olanı deyirik”

24-04-2021, 18:47 133 dəfə baxılıb

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin "Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər” açıqlaması müzakirələrə səbəb olub. Koreya Respublikasının Azərbaycandakı səfirliyindən saytımıza verilən məlumatda qeyd olunub ki, Cənubi Koreyada belə geyim üsulunu qadağan edən bir qayda, qanun yaxud nizamnamə yoxdur.

Deputat Tahir Kərimli də səfirliyə cavab verib.

O, Pravda.az-a açıqlamasında deyib ki, səsləndirdiyi fikirlər fakta əsaslanır: "Bu barədə mətbuatda da məlumatlar dərc olunub. Məlumatlardan aydın görünür ki, qadağa ləğv olunsa da, yenidən tətbiq olunub. Cənab səfir bilsin ki, şər atmırıq, fikirlərimiz fakta əsaslanır. Təəssüf edirəm ki, cənab səfirin ölkəsində qəbul edilən qanundan xəbəri yoxdur. Dini inanclar haqqında da məlumatlı deyil. Vikipediyada Koreya haqqında Azərbaycan dilində yerləşdirilən məlumatda qeyd olunub ki, əhalinin 54 faizi ateistdir. Faktiki yarıdan çoxu ateistdir. Şimali Koreya isə tamamilə ateist dövlətdir...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR