Azərbaycanda çevriliş etmək üçün müxalifətin GÜCÜ VARMI?

4-08-2021, 17:00 211 dəfə baxılıb

"Azərbaycanda çevriliş etmək üçün müxalifətin gücü yoxdur. Dövlət çevrilişi üçün hərbi müxalifət, rəngli inqilab üçün isə siyasi təsiri güclü olan partiyalar qrupu tələb olunur. Ölkəmizdə siyasi partiyaların vətəndaş cəmiyyətinə təsiri isə maksimum 10-12 faizdir".

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Azərbaycanda dövlət çevrilişi və ya rəngli inqilab etmək üçün heç bir əsas yoxdur: "Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski həddən artıq sərsəm siyasətçidir, tez-tez sarsaqlayır. Lakin Rus kəşfiyyatının bir nömrəli agentidir. Onun çevrilişlə bağlı fikirləri daha çox siyasi təzyiq xarakteri daşıyır. Azərbaycanda çevriliş etmək üçün müxalifətin gücü yoxdur. Dövlət çevrilişi üçün hərbi müxalifət, rəngli inqilab üçün isə siyasi təsiri güclü olan partiyalar qrupu tələb olunur. Ölkəmizdə siyasi partiyaların vətəndaş cəmiyyətinə təsiri isə maksimum 10-12 faizdir. Bəlkə də, Jirinovski iyul hadisələrindən sonra sarsaqlasaydı, ölkədə rəngli inqilab mümkün olardı. Amma belə vəziyyətdə - 200 ildən sonra 2020-ci ilin noyabrın 10-da Prezident İlham Əliyev Ermənistana kapitulyasiya aktı imzaladıb. Şuşa Bəyannaməsinin imzalanması isə İlham Əliyev siyasətinin zirvəsi idi. Qarabağa qayıdış siyasəti isə bütün vətəndaşlar üçün əvəzedilməzdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqına, mədəniyyətinə, millətin inanclarına hörməti sonsuzdur. Liderin bütün tapşırıqlarının əsasında Azərbaycanın milli-mənəvi dəyərləri dayanır. Bir il bundan əvvəl bizim qürurumuz ayaqlar altda idi, indi isə başımız dik dayana bilirik".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR