Devalivasiya GDU-nu da «vurdu»

30-12-2015, 11:52 748 dəfə baxılıb

Devalivasiya GDU-nu da «vurdu»













Bakıdan müşavirədən dönən rektor imtahanların qiymətlərini qaldırıb

Bir neçə gün əvvəl Bakıda Təhsil Nazirliyində keçirilən müşavirədən dönən Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifov imtahanların qiymətlərini qaldırıb. Bu barədə redaksiyamıza bir qrup tələbə məlumat verib.

Tələbələrin bildirdiyinə görə, imtahan sessiyasına hazırlaşdıqları bir vaxtda onlardan imtahan üçün pul tələb etməyə başlayıblar. Onların dediyinə görə, GDU rəhbərliyinin təlimatı əsasında prosesin həyata keçirildiyini onlara müəllimlər məlumat veriblər.

Redaksiyamıza bilgi verənlər qeyd edirlər ki, əgər ötən il imtahanın biri üçün 50-100 manat alınırdısa, indi rəqəmlər 100 manatdan başlayır. Onların sözlərinə görə, bəzi fənlər üzrə imtahanlara görə haqqı hətta 200 manata qaldırıblar.

Qeyd edək ki, GDU-da tələbələrdən imtahan üçün pul yığılması hallarına dair dəfələrlə məlumatlar dərc olunub. Yerli mətbuatın yazdıqlarından belə başa düşülür ki, rektor Yusif Yusifov artıq başına yığdığı komandası ilə birlikdə bir sıra «eksperiment»lər həyata keçirilər. Məsələn, indiyə qədər heç bir universitedə tətbiq olunmayan tələbələrin «aylığa buraxılması» halları GDU-da qeydə alınıb.

P.S. Görünür, devalivasiya GDU-na «vurub». Əks təqdirdə, imtahanların qiymətini qaldırmağın nə mənası vardı?

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR