Bayram namazının vaxtı açıqlandı

16-07-2015, 13:39 955 dəfə baxılıb

Bayram namazının vaxtı açıqlandı
















Namaz iki məsciddə qılınacaq

Bu il Ramazan ayının bayram namazı iyulun 18-də qılınacaq.

Bunu ANS PRESS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini, 11-ci müftisi Hacı Salman Musayev deyib.

Onun sözlərinə görə, namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Xatırladaq ki, Ramazan bayramı iyulun 18-nə təsadüf edir. Bayramla bağlı olaraq bu il 4 gün qeyri-iş günü olacaq.

Hər il Ramazan ayının sonunda fitrə zəkatı verilməlidir. Bu il üçün fitrə zəkatının məbləği 5-10 manat müəyyən edilib.

Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılması məsləhətdir.

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Eyni zamanda fitrə zəkatının pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR