ABŞ: Azərbaycan Qarabağı yalnız sülh yolu ilə ala bilər

16-07-2015, 13:46 873 dəfə baxılıb

ABŞ: Azərbaycan Qarabağı yalnız sülh yolu ilə ala bilər


















“Bu, asan deyil”

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün sadiqliklərini təsdiq etməlidirlər.

azinfo.tv news.am saytına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional münaqişələr üzrə köməkçisi Erik Rubin dünən Brukinqs İnstitutunda çıxışı zamanı bəyan edib.

Rubin qeyd edib ki, Qarabağ məsələsinin sülh yolu ilə həllinə alternativ yoxdur.

“Biz bu məsələyə ədalətli, sülh, uzunmüddətli və qarşılıqlı səmərəli həll nöqteyi-nəzərindən baxırıq. Məhz bu mövqelərdən hamı bu məsələni nəzərdən keçirməlidir. Çünki problemin başqa yaxşı həll yolu mövcud deyil, digər alternativlər isə o qədər təhlükəlidir ki, onları hətta nəzərdən keçirməyə dəyməz”, - Erik Rubin qeyd edib.

Bununla belə yüksək vəzifəli amerikalı diplomat əlavə edib ki, bu asan olmasa da, Birləşmiş Ştatlar hər halda ümid edirlər ki, tərəflər sülhün əldə olunmasına öz sadiqliklərini təsdiq edəcəklər.

“Ümid edirik ki, hər iki tərəf sülh yolu ilə həllə bağlı danışıqlar prosesində sülhə nail olmaq üçün öz sadiqliklərini təsdiq edəcəklər. Bu asan deyil. Həll yolunu tapmaq üçün tərəflər bir sıra məsələlər üzrə çətin seçim etməlidirlər, məhz buna görə həllə hələ nail olunmayıb”, - Erik Rubin əlavə edib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan digər həmsədrlərlə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün hərtərəfli dəstək göstərəcək. Münaqişənin kəskinləşməsinin qarşısının alınmasında həmsədr ölkələrin səyləri xüsusilə vacibdir.

“Bir mənalı olaraq bəyan edirik ki, hər iki tərəfin vəziyyətin daha da gərginləşməməsi üçün hər şey etməsi olduqca vacibdir. Bu gərgin və təhlükəli vaxtda insidentlərdən qaçmaq olduqca vacibdir”, - ABŞ Dövlət Departamentinin rəsmisi qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR