İsrail daxili işlər nazirinin müavini: “İran Azərbaycana qarşı təhlükədir”

19-01-2016, 13:31 760 dəfə baxılıb

İsrail daxili işlər nazirinin müavini: “İran Azərbaycana qarşı təhlükədir”










«ABŞ İrana qarşı bu ölkə tərəfindən ballistik raketlərin sınağı ilə əlaqədar yeni sanksiyalar tətbiq edib

Biz hamımız yaxşı anlayırıq ki, ballistik raketlərin sınağı üzrə İran proqramı regional və qlobal təhlükəsizlik baxımından qorxuludur. Buna görə də, İranın beynəlxalq sanksiyalar rejimindən tam şəkildə çıxmasını söyləmək üçün hələ tezdir», – bunu Virtualaz.org saytının əməkdaşı ilə söhbətində İsrail daxili işlər nazirinin keçmiş müavini, ən güclü İsrail siyasətçilərindən biri Faina Kirşenbaum söyləyib.
«İran bütün dünyada terrorçuluğu dəstəkləyir. Bu səbəbdən də, həmin dövlətlə qonşuluq Azərbaycan üçün potensial təhlükə mənbəyidir. İsraildə hamı İranın özündə hansı təhlükəni ehtiva etməsini yaxşı bilir. Buna görə də, ölkəmiz İrana qarşı sanksiyaların yüngülləşdirilməsinə qətiyyətlə qarşı çıxırdı. İsrail hər zaman öz müstəqilliyini və təhlükəsizliyini qoruyacaq, bu səbəbdən də, bizim ölkəmiz İranda və onun ətrafında baş verənləri diqqətlə izləyir», – F.Kirşenbaumç belə deyib.
Eyni zamanda, israilli siyasətçiyə görə, İrana qarşı tətbiq olunmuş bütün sanksiyalar belə aradan qalxarsa, İsrail üçün Azərbaycanın əhəmiyyəti zərrə qədər də azalmayacaq.
«Azərbaycan münasibətlər İsrail üçün strateji əhəmiyyətə malikdir. Aviqdor Liberman İsrail XİN-ə rəhbərliyə gələn vaxtdan bizim əlaqələrimiz inkişaf üçün əlavə impuls qazandılar. Mənim «Evimiz İsrail» partiyam hökumətdə təmsil olunmasa da, ümid edirəm ki, hazırkı hökumət də Azərbaycanın əhəçiyyətini anlayır və münasibətlərimizə xələl gətirməyəcək», – Kirşenbaum sözlərini belə bitirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR