Binəqədi rayonunun icra başçısının istefa ərizəsi yazması xəbəri yayıldı

20-07-2015, 11:03 938 dəfə baxılıb

Binəqədi rayonunun icra başçısının istefa ərizəsi yazması xəbəri yayıldı



















Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəni tərk etməsi ilə bağlı sensasion məlumat əldə etmişik

Avropa.info-nun əldə etdiyi məlumata görə, bir necə gün öncə, icra başçısı məzuniyyətə çıxaraq ölkə xaricinə gedib. Məzuniyyətə çıxan zaman ölkə rəhbərliyinə ərizə ilə müraciət edərək, işdən çıxarılmasını xahiş edib. Məlumatı verən mənbə bildirir ki, Xaləddin İsgəndərov səhhətində problemlər olduğunu əsas gətirərək, məzuniyyətdən sonra, bir müddət xaricdə yaşamaq üçün icazə də istəyib.

Hələlik onun istefa ərizəsinə hansı cavabın verilməsi məlum olmasa da,, mənbə bildirir ki, icra başçısı ölkə rəhbərliyinin icazəsi olmadan işdən çıxma haqqında ərizə ilə müraciət edə bilməzdi. Mənbə qeyd edir ki, yaxın günlərdə Xaləddin İsgəndərovun vəzifəsindən azad edilməsi barədə sərəncamın verilməsi gözlənilir.

Qeyd edək ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov bu rayonda yaşayış binasının yanmasından sonra, gündəmə gəlmişdi. Onun iş adamlarında və sakinlərdən külli miqdarda təzminat alması haqda xəbərlər yayılıb. İcra başçısının həmçinin Binəqədi ərazisində ev tikmək istəyən sakinlərdən 10 min manatdan pul yığdığı da qeyd edilir. Bir müddət öncə, onun bu əməlləri bardə ölkə başçısına məlumat təqdim edildiyi barədə mətbuatda yazılar da getmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR