Uorlik: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq lazımdır

21-07-2015, 12:04 874 dəfə baxılıb

Uorlik: Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq lazımdır

















“Bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”

Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır.

azinfo.tv NEWS.am-a istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni telekanalları üçün keçirdiyi mətbuat konfransında bildirib.

“Vedomosti” nəşrinə verdiyi müsahibəsini şərh edən amerikalı həmsədr qeyd edib ki, hərtərəfli nizamlanmanın elementlərindən biri Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması olmalıdır:

“Bu danışıqların bir bəndi, elementidir”, - deyə Uorlik bildirib.

Onun sözlərinə görə, hərtərəfli nizamlanma Dağlıq Qarabağın statusu məsələsini əhatə etməlidir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, Qarabağ nizamlanmasının elementi qismində təhlükəsizlik zəmanətləri çıxış etməlidir və diplomatın fikrincə, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi də belə zəmanətlərə daxildir.

“Dağlıq Qarabağ ətrafındakı torpaqlar qaytarılarsa, o zaman bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, - deyə o vurğulayıb.

Hələlik sülhməramlı qüvvələrlə bağlı məsələnin müzakirə olunmadığını deyən Uorlik qeyd edib:

“Biz hələ ki, müxtəlif təhlükəsizlik zəmanətləri variantları, onların necə ola biləcəyi barədə danışırıq. Lakin hələlik sülhməramlı qüvvələrin formalaşdırılması haqqında danışa biləcəyimiz yerə çatmamışıq.

Əlavə etmək istərdim ki, ATƏT-də yüksək səviyyəli planlaşdırma qrupu var. Qrupun məqsədi elə sülhə dəstək üzrə əməliyyatların variantlarını işləyib-hazırlamaqdan ibarətdir. Bu qrupun hərbi ekspertlərinin artıq əvvəlcədən hazırlanmış bir sıra variantları var və onlar müntəzəm olaraq yenilənir”.

Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə C.Uorlik bildirib ki, onların əksəriyyəti Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin bir vaxtlar apardığı danışıqlar vaxtı müəyyən edilib:

“Söhbət o zaman görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir.

Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Bunlar uzun illərdir ki, gündəlikdə dayanan məsələlərdir və biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR