XİN: Törədilmiş terror aktını qəti şəkildə pisləyirik

21-07-2015, 12:12 828 dəfə baxılıb

XİN: Törədilmiş terror aktını qəti şəkildə pisləyirik















“Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”

Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyən məlumat yayıb.

azinfo.tv-nin xəbərinə görə, məlumatda bildirilir:

“Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR