Qarabağda erməni tankları minaya düşdü - VİDEO

22-07-2015, 02:47 997 dəfə baxılıb

Qarabağda erməni tankları minaya düşdü - VİDEO


















Tanklardan birinin ekipaj üzvlərinin hamısı ölüb

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

Azerinfo.az-ın Report-a istinadən verdiyi məlumata görə, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb.

Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub.

Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib. Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb.

Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR