Yanmış evini yiyəsini icra başçısı kabinetindən qovdu

22-07-2015, 12:55 1015 dəfə baxılıb

Yanmış evini yiyəsini icra başçısı kabinetindən qovdu















Bu ayın 12-də Kürdəmir rayonunun Yenikənd kəndində yaşayan Məhərrəmov Tofiq Şirəli oğluna məxsus ev yanaraq istifadəsiz hala düşüb. Ev elə yanıb ki, ələ gələsi bir şey qalmayıb, özülünə qədər bərbad olub

Ev sahibinin oğlu Şəhriyar Məhərrəmov Musavat.com-a bildirib ki, 30 ildir müəllim işləyən atası Tofiq Məhərrəmov Kürdəmir rayonunun icra hakimiyyəti başçısı Ceyhun Cəfərovun qəbulunda olaraq, yanmış evinin bərpası, çöldə qalmış ailənin sığınacaq tapmasına kömək göstərilməsi üçün xahiş etsə də, onun bu addımı heç bir nəticə verməyib.
Ş.Məhərrəmovun sözlərinə görə, C. Cəfərov zərərçəkənə bildirib ki, ona ayrıacaq vəsait yoxdur. Bundan sonra o, T.Məhərrəmovdan kabineti tərk etməsini tələb edib.
Ş.Məhərrəmovun sözlərinə görə, FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Kürdəmir rayon İH başçısının Yenikənd kəndi üzrə icra nümayəndəliyi və Kürdəmir rayonu Yenikənd kəndi bələdiyyəsi yanğın hadisəsi, dəymiş ziyanın mövcudlugu ilə bağlı arayış və müvafiq sənədləri bizə təqdim ediblər, lakin rayon nümayəndəliyindən- icra aparatından kimsə bu məsələ ilə maraqlanmır.
Bütün sənədləri, geyimləri, evdəki əşyaları yanan ailə prezident İlham Əliyevə, H. Əliyev fondunun prezidenti Mehriban Əliyevaya, FHN rəhbəri Kəmaləddin Heydərova rəsmi şəkildə müraciət edib.
Hazırda bu binəsib ailə oturub yardım gözləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR