Hacı İbrahimin şirkəti nazirliyi məhkəməyə verdi

24-07-2015, 12:36 996 dəfə baxılıb

Hacı İbrahimin şirkəti nazirliyi məhkəməyə verdi
















İşə Ali Məhkəmə baxır

Tanınmış iş adamı, “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserni Azərbaycanın Vergilər Nazirliyini və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.

Azərbaycan Ali Məhkəməsinin saytı xəbər verir ki, vergi borcunun ləğv edilməsi barədə iddia ilk dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılsa da, hakim Rüstəm Kərimli iddianı təmin etməyib.

Daha sonra iddiaçı tərəf Bakı Apellyasiya məhkəməsinə müraciət edib. Bu dəfə hakim Həmid Həmidov qəbul edilmiş aktı qismən ləğv edərək, yeni qərar qəbul edib.

Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR