ŞOK! Prezidentin villasında məclis quran məmur – FOTOLAR

24-06-2015, 16:55 1244 dəfə baxılıb

ŞOK! Prezidentin villasında məclis quran məmur – FOTOLAR

















Beyləqan, Ağcabədi rayonunun sakinlərindən redaksiyamıza mütəmadi və ardıcıl daxil olan şikayət məktublarında qeyd edilən faktlar, xüsusən, foto – şəkillər “Ağ Göl” Milli Parkında durumun ağır və dözülməz olduğunu təsdiq edir

Şikayət edənlər öz məktublarında bildirirlər ki, Parka direktor vəzifəsinə təyin olunmuş Loğman Mehdiyev Parkın ərazisini demək olar ki, özünün və onu nazirlikdə onu himayə edən Vaqif Cavadovun maddi maraqlarının qurbanına çevirib. Ağ Göl Milli parkından cumhuriyyət.az-a daxil olan məlumata görə, qoruğun direktoru Loğman Mehdiyev ərazini şəxsi obyekti kimi istifadə edir: “Loğman Mehdiyev Ağ Göl milli parkının boş sahələrini gizli olara qmüxtəlif təsərrüfat sahibkarlarına icarəyə verərək burada mal qaranın otarılmasına şərait yaradır. Park direktoru göldə ovlanan quşlara və heyvanlara görə brokoneyerlərdən hər ay öz faizini alır”.
İnformasiya mənbəmiz qeyd edir ki, bu yaxınlara kimi Loğman Mehdiyevin vəzifəsində qalıb qalmaması mürəkkəb məsələ idi. Belə ki, Ağ Göl Milli parkında baş verən qanunsuzlulqar, özbaşınalıqlarla bağlı nazir Hüseynqulu Bağırova və digər aidiyyatı qurumlara müraciət olunmuşdu. Həmin müraciətlərdən sonra Loğman Mehdiyevin vəzifəsi ilə vidalaşcağı deyilirdi. Lakin bu dəfə Park direktorunun köməyinə onun himayədarı yetişib. Mənbəmiz idia edir ki, Loğman Mehdiyev bir çox məclislərdə onun havadarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Rövşən Cəlilov və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov olduğunu açıq aşkar deyir və aparat rəhbərinin qaynı ilə yaxından dost olduğu ilə həmişə öyünür. Bütün bunlar haqda məlumatlı olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Loğman Mehdiyev qoruqqda işləyən bütün qoruqçulara aylıq haqq qoyub: “Bu haqqın qiyməti adətən qış aylarında artır. Çünki göldə balıq tutan 50-yaxın daimi brokoniyer ayda Loğman Mehdiyevina adamlarına 600 manat hesab verirlər. Direktor isə qoruqçulara verilən 600 manat hesabdan 400 manatını nəğd şəkildə özünə götürür. Bundan başqa bəzi imkanlı məmurların Ağ Göl Milli Parkında ov etmələrini və əylənmələrini təşkil edən Loğman Mehdiyev onlardanda yaxşıca hesab alır. Varlı məmurların ov günləri isə adətən qış aylarına təsadüf edir.Onlar burada əsasən qaban ovuna çıxırlar”.
Mənbənin bizə söylədiklərində ən çox diqqət çəkən məqam “Ağ Göl” Milli Parkının rəhbəri Loğman Mehdiyevin öz qüdrətini göstərmək üçün dedikləridir. Belə ki, ekoloq ayrı-ayrı vaxtlarda dövlət başçısının bu ərazidə guya ov etməsi haqda buraxdığı şayələr təəccüb doğurur. Hətta bir neçə il öncə ölkə rəhbərinin öz ad gününü qaçqınlarla birgə keçirdiyi zaman milli park ərazisindəki iqamətgahda böyük ziyafət keçirilməsi haqda şayənin də mənbələrindən birinin bu şəxs olduğu deyilir. Onu da bildirək ki, Loğman Mehdiyevin özünün bu iqamətgahda məclislər qurması isə şayiə yox həqiqətdir. Bütün bunlar haqda isə növbəti yazımızda…

ŞOK! Prezidentin villasında məclis quran məmur – FOTOLAR

ŞOK! Prezidentin villasında məclis quran məmur – FOTOLAR

ŞOK! Prezidentin villasında məclis quran məmur – FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR