Hikmət Hacıyev: Ermənistan rejimi meyitlərə belə işgəncə verir

18-04-2016, 10:06 587 dəfə baxılıb

Hikmət Hacıyev: Ermənistan rejimi meyitlərə belə işgəncə verir















“Ermənistan rəhbərliyinin addımları daha sərsəm xarakter alır”

Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır.

Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, humanizm dəyərlərin kənar olan Ermənistan rejimi meyitləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir.

“Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların meyitlərində də müəyyən edilib. Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü il hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur”, - deyə H.Hacıyev bildirib.

XİN rəsmisi vurğulayıb ki, meyitlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də, rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başa düşülən hal deyildir.

“Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir. Rəsmi Yerevan 2 aprel tarixindən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görmüşdür.

Odur ki, ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri - müəyyən və təhlükəli xarakter alır”, - deyə XİN rəsmisi bəyan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR