Ramil Usubovdan yeni rəis təyinatları – YENİLƏNİB

16-05-2016, 13:07 803 dəfə baxılıb

Ramil Usubovdan yeni rəis təyinatları – YENİLƏNİB















Nazir əmr imzalayıb

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Səbail Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Müslüm Quliyev vəzifədən azad edilərək Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi təyin edilib.

Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Əhədov isə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

V.Əhədov bu vəzifəyə işdən çıxarılmış Hikmət Kərimovun yerinə təyin edilib.

11:40

Daxili işlər orqanlarında daha bir təyinat olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovniki Məmməd İsmayılov tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Usubov iki gün əvvəl daha 4 rayonun polis rəislərini dəyişdirib.

Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR