Aqrar Universitet rəhbərliyində aqrar təfəkkürü: nə günlərə qaldız? – təfsilat

22-05-2016, 13:26 839 dəfə baxılıb

Aqrar Universitet rəhbərliyində aqrar təfəkkürü: nə günlərə qaldız? – təfsilat












Son günlər Azərbaycan Dövlət Aqrar Universiteti və bu təhsil müəsisəsinin rektoru İbrahim Cəfərov haqda bir neçə yazılar dərc etmişik. Politika.Az olaraq bu mövzu ilə bağlı yazdıqlarımız ciddi rezonans doğurub. Bu səbəbdən də ADAU haqda yeni məlumatlarımıza keçməzdən öncə ötən yazılarımızın yaratdığı ictimai reaksiyanı diqqətinizə çatdırmaq istərdik:

İlk öncə onu bildirək ki, politika.az-ın ardıcıl yazılarından – rektorun nöqsan dolu və narazılıq yaradan fəaliyyətini geniş işıqlandıran məlumatların dərcindən sonra saytımızın oxunmasına qadağalar qoyulub. Həmin yazıları oxuyub sosial şəbəkədə paylaşan şəxslərə hədə dolu mesajlar yollanılıb. Öz qanunsuz tələbini prorektor vasitəsilə həyata keçirməyə çalışan İbrahim Cəfərov universitetin müəllim kollektivini də hədələməkdən çəkinməyib. Prorektor müəllim və tələbələrə; “Kimin görsəm yazılan yazıları müzakirə edir rektora çatdıracağam. Nəticə bəllidir. Həmin adam kim olursa-olsun şələ-şüləsini yığıb rədd olsun burdan” kimi qəti qadağalar qoyması qəbul olunan deyil. Ən azından təhsil ocağnın nə prorektorun, nə də ki, rektor İbrahim Cəfərovun şəxsi obyekti olmadığını anlamaq üçün düşünmək belə gərəkmir. Lakin adını ziyalı qoyan şəxslərin haqlı tənqidə bu cür reaksiya vermələri düzgün addım hesab olunmur. Amma Aqrar Universitetdəki qanunsuzluq elə bir həddə çatıb ki, heç kəsi susdurmaq mümkün deyil. Bizim yazilarimizdan sonra facebookda bir çox profillə vacibliyinin bildirir: “Bizim rektora verməyə 500, müəllimə verməyə 50 manatımız yoxdur. Odur ki, bu təhsil dəllallarını ifşa edib onların cəzalanmasına nail olun”.

Göründüyü kimi, Aqrar Universitetdə vəziyyət kritik həddə çatıb. Amma təəssüflər olsun ki, rəhbərlik bu vəziyyətdən çıxmaq əvəzinə saytımıza qarşı qara piar kompaniyası aparmaqla məşğuldur. Bu yazıların nəyin və neçəyə başa gəldiyini deyə bilmərik. Amma bu həmin kompaniya belə İbrahim Cəfərovu ifşa edir. Məsələn, ötən həftə əleyihimizə facebookda əleyihimizə olmazın sözlərini yazan xanım redaksiyamiza zəng etmişdi. O yazdıqlarımzı inkar etmekle yanaşı bildirdi ki, bizə sizin yazılarınınzin altından təhqirlər yazmaq tapşırılıb, biz təhqir yazmaqdan yorulduq, siz bezmədinizmi? Öz tələbələrini belə bir durumda buraxan rektordan nə gözləmək olar? Məhz həmin rektor keçmiş sovet bürokratları kimi sifarişli yazılar dərc etdirər. Ayıbdır! İbrahim müəllim, bizim əlehimizə yazılan yazıları Azərbaycan dili müəllimlərindən birinə verin və o yazılardakı leksik, qrammatik səhvləri aşkarlayıb qiyməti özünüz verin. Yəni bir rektor bununmu ümidinə qaldı? Aqrar Universitetdə baş verənlər isə, getdikcə daha ciddi hal alır. Artıq tələbələrlə yanaşı müəllimlər də dilə gəlib. İbrahim Cəfərovun tez-tez universitet kollektivinin 30% -ni dəyişməsi adi hala çevrilib. Universitetdə işə götürmələr zamanı ixtisasın vacibliyini unudan rektor şəxsi tələblərin ödənilməsini daha vacib şərt kimi qarşıya qoyur. Rektorun qanunsuz fəaliyyətin əsas prinsiplərindən biri də vaxtilə universitetdə dekan işlədiyi illər bəzi kafedralarda çalışan amma hörmətli professorla səmimi münasibəti olmayan müəllimləri cəzalandırmasıdır. Təsadüfü deyil ki, Aqrar Universitetə rektor təyin olunandan sonra bir neçə müəllim, kafedra müdiri və dekan rektorun şəxsi prinsiblərinin güdazına gedib, işindən olublar.

Rektor İbrahim Cəfərovun kadr seçimi də qəribə həm də gülüncdür. Dekanların əksəri hörmətli professorun qəbul otağında divara asılmayan və heç kitabda yazılmayan qatdalara 100%-li nəticə göstərəndən sonra “seçilirlər”. Baxmayaraq ki, yaxşı və təcrübəli kadrlar rektorun istəklərini nəzərə almasaq universitetə daha çox xeyir vermiş ola bilrələr. İbrahim Cəfərovun yazılmayan qaydalar əsasında förmalaşan kadr sistemi hazırda təhsil ocağında yaranmış özabaşınalıq və narazılıqlarda əsas səbəblərdən sayılır. Nəticədə böyük narazı müəllim kollektivi formalaşıb ki, bu da təhsil ocağının xoş olmayan gələcəyə aparır. Rektorun “mən universitetdə gəncləşmə siyasəti aparıram” kimi gülünc məntiqi ilə proseslərə yanaşanda məlum olur ki, professor digər tərəfdən haqsız olaraq insanları işsiz qoyur, təhsil ocağını isə özününküləşdirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR