Yeni nazirin apardığı kütləvi ixtisarların səbəbi

24-05-2016, 10:35 565 dəfə baxılıb

Yeni nazirin apardığı kütləvi ixtisarların səbəbi












Bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 22 regional səlahiyyətli nümayəndəsinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı mətbuatda xəbər yayılıb

Regionlara bu kimi şəxslər vasitəsilə nəzarət etmək mexanizmi əslində, sabiq rabitə naziri Nadir Əhmədovun dövründə yaradılıb.

Belə ki, N.Əhmədovun təyin etdiyi şəxslər, regionlarda rəislərə nəzarət edib və birbaşa nazirə tabe olublar. Onlar yerlərdə nazirin səlahiyyətli nümayəndələri hesab ediliblər.

Məlumata görə, bu şəxslər əslində, struktur üçün əsaslı kadr olmayıblar. Nadir Əhmədovdan sonra vəzifəyə gələn sabiq rabitə naziri Əli Abbasov da çalışdığı müddətdə həmin mexanizmi qoruyub saxlayıb.

Lakin Əli Abbasov mexanizmi saxlasa da, kadrları dəyişib. O, Nadir Əhmədovun zamanında işə götürülənləri vəzifədən azad edib və həmin postlara öz adamlarını yerləşdirib.

Prezidentin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmiş Ramin Quluzadə öz səlahiyyətlərini icra etməyə başladıqdan sonra nazirlikdə kadr və struktur dəyişikliyi aparıb.

Bu proseslər fonunda o, nazirliyin uzun müddətdir ki, fəaliyyət göstərən 22 regional səlahiyyətli nümayəndəsini də tutduqları vəzifədən azad edib. Bununla yanaşı, həmin struktur vahidləri ləğv olunub.musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR