İlham Əliyev: Məqsədimiz odur ki, neftin qiymətindən asılı olmayaq

1-06-2016, 10:49 609 dəfə baxılıb

İlham Əliyev: Məqsədimiz odur ki, neftin qiymətindən asılı olmayaq















“SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur”

Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür.

Bunu bu gün 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Beynəlxalq Neft və Qaz Sərgisinin inkişafı Azərbaycanın həyatında mühüm rol oynayır:

“Müstəqilliyimizin ilk illəri ağır keçirdi, torpaqlarımız işğal olunmuşdu, vətəndaş müharibəsi başlamışdı. O dövrlərdə keçirilən 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçdi. İnvestisiya üçün əl əlverişli sahə neft və qaz sektoru idi”.

Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan prezident bildirib ki, BP və SOCAR 22 ildir, etibarlı tərəfdaş kimi işləyir:

“Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr reallaşdırılıb. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir”.

Dövlət başçısı Azərbaycanın şərəfli yol keçdiyini vurğulayıb:

“İndiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular.

Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR