Tələbələrdən rektora ağır ittihamlar – ŞOK MƏLUMATLAR

2-06-2016, 14:12 861 dəfə baxılıb

Tələbələrdən rektora ağır ittihamlar – ŞOK MƏLUMATLAR












Baba İsayev: «Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir»

«Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb. Özbaşınbalıqların, haqsızlıqların sayı hesabı yoxdur». Bunu jam.az-a ADNSU-nun bir qrupp tələbəsi adından Baba İsayev yazıb.

O qeyd edir ki, qış imtahan sessiyasında tələbələrə qarşı olunan haqsızlıqlar, özbaşınalıqlara görə cəzasız qalan universitet rəhbərliyi daha da həddini aşmaqda davam edir. O, bununla bağlı bir sıra məlumatları da açıqlayıb.
Baba İsayev yazır ki, ADNSU-da üzürlü səbəbə görə dərslərdə iştirtak etməyən tələbələr həkim arayışlarını təqdim etmələrinə baxmayaraq, yay imtahan sessiyasına buraxılmırlar. «Bundan başqa, imtahandan 15 baldan az toplayan tələbələr apellyasiya şikayəti vermək hüququndan məhrum olublar. Həmçinin apellyasiya kommissiyası müəllim yazan balı dəyişmir. Müəllimlər apelyasiya şikayəti vermək istəyən tələbənin balının daha da azaldılacağı ilə hədələyirlər».

Jam.az-a yazan ADNSU-nun tələbəsi vurğulayır ki, bunlar da son deyil. Onun sözlərinə görə, imtahandan öncə və imtahan zamanı tələbələrin üstü qız, oğlan fərq qoymadan etikadan kənar formada yoxlanılır. «Biz özümüzü imtahanda yox, cinayət işləmiş insanlar kimi polis bölməsinə gətirilən və üstü aranan cinayətkar kimi hiss edirik. Eyni zamanda, tələbələrdən alınan telefonlar tələbələrə qaytarılmır. Bu haqda 2016-cı ilin aprel ayında məcburi qaydada bizi həmin sənədə qol çəkməyə məcbur ediblər».

Baba İsayev onu da bildirir ki, universitetdə dərsin səviyyəsi və keyfiyyətindən söhbət gedə bilməz. «Qocalar evini xatırladan bu təhsil ocağındakı müəllimlərin çoxu pensiya yaşlarını çoxdan ötüblər. Hələ qulağı eşitməyən, gözü görməyən, yaddaşın itirənləri demirik. Yay imtahan nəticələri, həm də təhsilin bərbad hala gətirilməsinin güzgüsüdür. Müəllimlərin bir çoxu açıq etiraf edir ki, Mustafa Babanlı rektor təyin ediləndən, guya, şəffaflıq mühiti yaradır. Amma əslində elə deyil. Tələbələrin kütləvi qaydada imtahanlardan kəsilməsi məqsədli şəkildə aparılır. İmtanlarda guya rüşvəti yığışdıran Mustafa Babanlı tələbələri kəsməklə universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir».

Sonda Prezident İlham Əliyevə tələbələrin adından müraciət edən Baba İsayev bildirir ki, ilin, günün bu vaxtında tələbələrə qarşı bu cür kütləvi haqsızlıqlar edənlərin hansı məqsədə nail olmaq istədiklərini anlaya bilmirlər. «Artıq bıçaq sümüyümüzə dirənib, bu haqsılığa dözmək fikrimiz yoxdur. Sizdən xahiş edirik bu özbaşınalıqlara son qoyulması üçün müvafiq orqanlara göstəriş verəsiniz».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR