İlham Əliyev: Azərbaycan bu ağır günlərdə də Türkiyənin yanındadır

29-06-2016, 17:32 565 dəfə baxılıb

İlham Əliyev: Azərbaycan bu ağır günlərdə də Türkiyənin yanındadır















Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə prezidenti isə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR