Bakıda təhlükə anbaan artır (VİDEO)

6-08-2015, 13:24 934 dəfə baxılıb

Bakıda təhlükə anbaan artır (VİDEO)














Paytaxtda sürüşmə təhlükəsi olan zonalarda yoxlamalar aparılır. Məlum olub ki, Zığda sürüşmə aktivləşib, fərdi yaşayış evlərində çatlar dərinləşib

azinfo.tv-nin məlumatına görə, Zığ sürüşmə zonasında təhlükə anbaan artır. Həmin ərazidə kanalizasiya sularının axıdılması üçün quyular qazılıb ki, bu da sürüşmə prosesinə təsir edir. O cümlədən də həmin zonadakı süxurlar həddən artıq zəifdir, çox bərkiməyib. Su dəyəndən sonra tamamilə yumşalır.
Baş geoloq Ələmdar Piriyev bildirdi ki, Zığ sürüşmə sahəsində sürüşmənin qarşısını almaq üçün hər hansı hamarlama işləri, divar çəkmək mümkün deyil. Buna görə də orada yaşayan əhalinin köçürülməsi mütləqdir. Ötən ay Zığ bir sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,7sm olan yeni çatlar əmələ gəlib və ayrı-ayrı hissələrdə, lokal sürüşmə sahələrində aktivləşmələr müşahidə olunub:
“Lokal sürüşmə sahələrində aktivləşmə yəqin ki, quraqlıqla əlaqədardır. Belə ki, torpaq sahəsində quruluq əmələ gəlir, nəticədə çatlar genişlənir. Eyni zamanda əhali bütün çirkab suları sürüşməyə meyilli əraziyə axıdır. Hazırda ərazidə azda olsa ağaclar və əkin sahələri suvarılır. O cümlədən kanalizasiya sularının axıdılması üçün quyular qazılıb”.
Baş geoloq onu da bildirdi ki, Zığ yamacındakı sürüşmə tektonik qırılmalarla əlaqədar olan sürüşmə sahəsidir. Həm də oradan iki tektonik qırılma keçir. Zığa sonradan əhalinin köçməsi, çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən proses daima aktivləşir. Digər sahələr də isə güclü aktivləşmə hələ ki, müşahidə olunmur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR