15 yaşlı gəlinin intihar səbəbi (VİDEO)

7-08-2015, 16:18 1283 dəfə baxılıb

15 yaşlı gəlinin intihar səbəbi (VİDEO)

















İstintaq intiharla bağlı yayılan xəbərin əsassız olduğunu sübut edib

Bərdənin Elçin Əsədov küçəsində 15 yaşlı gəlinin intiharı ilə bağlı yayılan xəbərin əsassız olduğu məlum olub. Ailə üzvlərindən əldə etdiyimiz məlumata görə, Gülçin Əlizadə ailəli olmayıb və bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, yeniyetmə qız ipdən düzəldilmiş yellənçəkdə yellənərkən kəndir onun boğazına dolanıb və nəticədə Gülçin Əlizadə boğulub.

Həmin vaxt mərhumun ailə üzvləri evdə olsalar da heç bir səs eşitməyiblər. Yaxınları onu da əlavə etdi ki, meyit müayinədən keçirilib və üzərində heç bir zorakılıq əlamətləri də aşkarlanmayıb.

Hazırda faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR