Yazarın təklifi dünya gündəmini qarışdırdı - "Suriya Türkiyəyə verilsin"

8-08-2015, 13:11 882 dəfə baxılıb

Yazarın təklifi dünya gündəmini qarışdırdı - "Suriya Türkiyəyə verilsin"




















İsrailin ən məşhur qəzetlərindən biri olan “Jerusalem Post”un redaktoru Amotz Asa-Əl Yaxın Şərqdəki problemlərin həlli üçün maraqlı iddia ilə çıxış edib

azinfo.tv xəbər verir ki, Amotz Asa-Əl problemin həlli üçün Mosul və Suriyanın Türkiyəyə verilməsi təklifini irəli sürüb.

Yazarın bu təklifi gündəmi qarışdırıb. Yaxın Şərqdə İŞİD-in Türkiyəni, Suriyanı və kürdləri müharibəyə sürükləməyi planlaşdırdığını söyləyən yazar əsl problemin Mosul olduğunu vurğulayıb.

İngilislərin 1918-ci ildən sonra Türkiyə ilə bağladıqları müqavilə ilə bölgədəki neft gəlirlərinə göz dikdiyini bildirən Asa-Əlin iddiasına görə, o dövrdə Osmanlının Mosulu qoruyub saxlaya bilməməsi məhz bu dövlətin sonuna zəmin yaradan amillərdən olub:

“Yaxın Şərqdə Türkiyənin rəhbərliyi ilə yeni bir struktur qurula bilər. Əsədin çəkilməsiylə Suriyanın Türkiyənin himayəsinə girməsi lazımdır. Türklər ilə kürdlər arasında atəşkəsin davam etməsi, İraqın Mosuldaki neft quyularını yenidən Türkiyənin nəzarətinə verməsi çox mühüm addım olardı. Türkiyənin də qəbul edəcəyi bu böyük təklif, bölgədə sülhün zəmanəti olar. Yaxın Şərqdə böyük güc Türkiyə olsa, başda İŞİD olmaqla bir çox təşkilatın sonunun gələcəyi də ortada açıqdır”.

Asa-Əlin yazısının altından isə oxucular tərəfindən mövzuyla bağlı maraqlı şərhlər yer alıb. Onlardan bəzilərini sizə təqdim edirik:

“Tamamilə doğru bir təklifdir. Osmanlı güclü olduğu dövrdə, bölgədə sülh və əmin-amanlıq var idi”.

“Türkiyə, böyük qardaş olaraq sülhü təmin edər”.

“Suriya və Mosul yaşamaq üçün gözəl yer olar”.

“Bu təklif həyata keçsə belə İngiltərə yeni lourensləri bölgəyə göndərəcək”.

“İngiltərə, bölgədə əmin-amanlıq istəmir ki...”

“Bu çox zəif bir ehtimaldır”.

“1815-ci və 1915-ci illərdə sərhədlər yenidən çəkildi. 2015-ci ildə niyə yenidən çəkilməsin ki?”

“Türkiyənin güclü ordusu və ağıllı liderlərilə bunu həyata keçirmək çətin deyil”.

“Suriyada seçki keçirilsə, Ərdoğan açıq zəfər qazanar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR