Növbə ruslara da çatdı: ermənilər Moskvanı satır

12-08-2015, 14:38 866 dəfə baxılıb

Növbə ruslara da çatdı: ermənilər Moskvanı satır

















“Rusiyaya qarşı sanksiyalar və təcridetmə siyasəti fonunda Ermənistan KİV-lərində Moskvadan asılı olduqlarını inkar edən məlumatlar meydana çıxmağa başlayıb. İddia edirlər ki, Rusiya erməniləri qorxularına məhəl qoymadan Azərbaycana geniş miqyaslı silah satır. Həmçinin, qeyd edirlər ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olsa da, Rusiyadan gələn yardımlar və köçürmələr azalıb. Bu, o qədər də təəccüblü deyil. Görünür, ermənilər xasiyyətlərinə məxsus şəkildə daha zəngin və güclü himayəçi axtarışına çıxıblar. Moskvadan qorxa-qorxa Brüsselə səfər edən Serj Sərkisyanın də məqsədi bu idi”

Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Politoloq qeyd edib ki, ermənilər tarix boyu kiçik xalq olublar və “Böyük Ermənistan” miflərinin əksinə olaraq, həmişə regionda bu və ya digər formada üstün olan dövlətlərı qulluqçuluq ediblər: “Onlar daim xəyanət etməyə və güclünün yanına keçməyə hazırdırlar. Tarixdə bununla bağlı kifayət qədər faktlar var. Qədim Romada quldur ermənilər Spartakı aldatdılar. Onlar İtaliyadan gələn qulların daşınması üçün ödəniş haqqını aldılar, lakin gəmiləri limana gətirmədilər. Spartak şimala çəkilməyə məcbur oldu. Babəki xəlifəyə satan və ölümünə səbəb olan da erməni Sumbat idi. Ermənilər Bizansı ərəblərə və türk səlcuqlarına satdılar. Daha sonra eyni proses Osmanlının başına gəldi. Halbuki, imperiyada ermənilərə geniş imtiyazlar verilmişdi, ticarət onların əlində idi, yüksək postlarda təmsil olunurdular. Buna baxmayaraq, I Dünya müharibəsinin başlanğıcında ermənilər Osmanlı imperiyasını rəqiblərinə sataraq ona arxadan zərbə vurdular. Bütün bunlara görə erməniləri günahlandırmaq da mənasızdır. Çünki onların milli psixologiyası belədir. İndi də növbə Rusiyaya çatdı. Ermənilər üzlərini daha güclü olan tərəfə çevirərək, ruslara da arxadan zərbə vurmağa hazırdılar. Lakin Rusiyanın buna imkan verəcəyini demək çətindir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR