Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı altında gələcək

7-09-2016, 10:09 535 dəfə baxılıb

Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı altında gələcək
















Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

“TASS”ın verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.

““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar” təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.

Qeyd edək ki, planlaşdırılan səfər hazırkı papanın sayca 16-cı xarici səfəridir. Səfərin proqramına əsasən, Fransisk sentyabrın 30-da Tiflisə, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR