“Azərsu”nun zülm etdiyi əlil məcburi köçkün : ” Qorxmaz Hüseynov bizi dövlətdən niyə incik salırsan”

17-10-2017, 09:40 667 dəfə baxılıb

“Azərsu”nun zülm etdiyi əlil məcburi köçkün : ” Qorxmaz Hüseynov bizi dövlətdən niyə incik salırsan”













Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib. Heç kimə də sirr deyil ki, bu qurum “qohum-əqraba obyektinə” çevrilib. Bu haqda mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib.

Şəhid bulağına sayğac qoymaq

Az müddət əvvəl Mingəçevirdə şəhidin adını daşıyan bulağın suyunun kəsilməsi qalmaqala çevrildi .İctimaiyyət tərəfindən “Azərsu”ya təpkilər göstərilir ki, şəhidin bulağının suyunu kəsmək yezidlik əlamətidir. Vətən uğrundan canından keçmiş oğulların adını daşıyan bulağa su vermək bu qədərmi “Azərsu” üçün çətindir?

Məgər qurum məmurların villalarından, Mərdəkanda, Bilgəhdə, Buzovnada hasarlanmış malikanələrdən su pulu ala bilirmi? Nazirlərin saraylarına su pulu borcunu tələb etmək üçün qəbz belə göndərməyə qorxurlar.

Ancaq şəhid bulaqlarına gücləri çata bilmir. Hətta bunun hüquqi əsası olsa da, mənəvi baxımdan rəzalətdir, rüsvayçılıqdır. Türkiyənin “Kanalize İnşaat” şirkətinin rəhbəri Ridvan Köse bir müddət əvvəl qurumda qeydə alınan korrupsiya sxemi ilə bağlı maraqlı faktları açıqlayıb:

“Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar.

Bir az sənə iş gördürürlər, pullar uçub gedirdi. Qatıldığım 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldı. Ancaq bu məbləğ kağız üzərində qaldı. Nə məni işlətdilər, nə pulumu verdilər”.

Bu faktdan isə danışan yoxdur. Q.Hüseynov nazirlərin, məmurların villalarındakı hovuzlara sərf olunan su itkisindən, onlardan su pulu ala bilməməsindən, dövlət qurumlarının “Azərsu”ya hələ də borcunu tam ödəməməsindən danışa bilmir, amma şəhid bulağında su itkisini dilə gətirir.

Bu gün fontanlar, hovuzlar, restoranlar və iaşə obyektləri, o cümlədən vəzifəli şəxslərin evlərinə gedən suların itkisi qeyd olunmur. Ancaq Mingəçevirdə 6 şəhid bulağına sayğac qoyub pul qazanırlar.

Düşmən ölkənin mediasına yem verən “Azərsu” unudur ki, bir qarış torpaq və bir ovuc su üçün savaşmış vətən övladlarına qarşı belə hörmətsizlik cəmiyyət tərəfindən heç də rəğbətlə qarşılana bilməz.

Əlillərə qarşı yezidlik

Hazırda məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə görə hər nəfər üçün aylıq limit 5 kubmetr müəyyən edilib. Məcburi köçkünlər limitdə nəzərdə tutulandan artıq su istifadə etdikdə onun dəyərini ödəməlidirlər. Onlara dövlət tərəfindən qayğı göstərilsə də, həlli vacib problemlər çoxdur. Kommunal xidmətlərdən güzəştlə yararlanan məcburi köçkün ailələrinə şişirtmə borclar yazılır və sonra da xidmətdən məhrum etmək şantajı ilə bu "borc"lar onlardan alınır. Görünür, kommunal xidmət idarələri məcburi köçkünlərin hesabına yığımın faizini artırmaq arzusundadır. Bu sırada ən fəal qurum isə “Azərsu”dur.

Azerinfo.az-a “Azersu” əllilliyi olan şəxslərə belə divan tutur. Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi ,bina 40, mənzil 17-də yaşayan Hümbətov İbrahim Qubad oğlu “Azərsu” dan şikayətçidir. 2-cu qrup əlil olan İbrahim Hümbətov deyir ki, ezamiyyətdə olarkən ona evdən xəbər veriblər ki, “Azərsu” onların mənzilinin su təhcizatını dayandırıb. Nəsimi rayon Sukanal idarəsinin işçiləri gəlib xətti bağlayıblar. Evdə 1-ci qrip əlilin- Hümbətova Ayulduz Qubad qızını olduğunu belə nəzərə almayıblar. Şikəst qadının yayın cırhacırında susuz necə qalacağını heç ağıllarına gətirməyiblər.

İbrahim Hümbətov ezamiyyətini yarımçıq qoyub Bakıya qayıdıb. İdarədə ona bildiriblər ki, guya onun mənzilinin “Azərsu”ya 2014-cü ildən bəri 450 manat bocu var. Əlbətdə ki, bu şişirdilmiş rəqəmdir və həqiqəti əks etdirmir. Axı limit var. İbrahim müəllim deyir ki, necə ola bilər ki, qaz və işıqdan da istifadə edirik, limiti keçmirik, artıq qalır. Halbuki işıqdan, qazdan daha çox istifadə olunur. Bununla belə borc yaranmır. Ancaq sudan az istifadə etsək də borc yaranır?:

“Əgər 2014-cü ildən borc yaranıbsa niyə 2015, 2016-cı illərdə, lap elə bu ilin əvvəlində bir xəbərdarlıq edilməyib? Çünki belə bir borc yoxdur. “Azərsu” korrupsiyalaşmış qurumdur. Hər dəfə bir bəhanə ilə soyurlar. Bir müddət əvvəl gəldilər ki, şaxtada olan sayğacı çölə çıxarmalıyıq. Anlatdılar ki, pul verməsən boruları çəkəndə təzə təmir olunmuş evin görkəmsiz hala düşəcək. Pul versən lambirin altı ilə, səliqəli çəkərik. “Azərsu” sədri guya deyib ki, kim pul verməsə evin dağıdın. Bu səbəbdən razılaşdım. Düzdür, onlar 40 manat istəyirdi, mən 20 manat verdim ki, boruları səliqə ilə çəksinlər. Təsəvvür edin, bir binada neçə mənzil var-hamısından da bü cür hədə-qorxu ilə pul alıblar. Diğər tərəfdən binanın damına 2 tonluq su çəni qoymuşdum. Su təzyiqlə gəlsə əlbətdə buna ehtiyac olmaz. Lakin su qəfildən kəsildiyi , yaxud təzyiqsiz gəldiyi üçün hamı çən qoymağa məcbur olur. “Azərsu” işçiləri gəlib özbaşına olaraq damdan çəni kəsib aparıblar. Bununla bağlı 102 xidmətinə xəbər vermişəm. İstintaq gedir. Çən mənim şəxsi əmlakımdı. Onu oğurlamaqdansa “Azərsu” Dünya Bankından aldığı milyard dollarla vəsaiti şəhərin su təhcizatının yaxılaşmasına xərcləsin. Belə olsa su çənlərinə ehtiyac olmaz. Yoxsa pul silməklə, korrupsiya ilə 100 ilə də vəziyyət dəyişməz.

Nəsimi Sukanal İdarəsinin müdiri İntiqam Tağıyevlə danışmışam. Ona bildirmişəm ki, “Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi”ndən arayışlar idarənizə təqdim olunub. Mənim borcum yoxdur, su təhcizatımı bərpa edin. İndi də deyirlər ki, xəttiniz kəsilib deyə bərpa üçün “mufta”lazımdı filan, yəni ehtiyyat hissələri alın gəlib düzəldək. Yəni yenə rüşvət tələb edirlər. Məgər dövlət idarəyə ehtiyat hissə üçün pul vermir. Bu necə qurumdur ki. Hər şeyə görə pul tələsi var. Bu məsələ ilə prezidentə də, vitseprezidentə də şikayət edəcəm. Məcburi köçükünü, özü də birinci və ikinci qrup əlil yaşayan mənzili bu istidə susuz qoymağa nə ad verək, niyə bizi dövlətdən incik salırlar. Qorxmaz Hüseynovdan cavab gözləyiik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR