Tanınmış jurnalist prezidentdən kömək istədi

18-08-2015, 15:33 801 dəfə baxılıb

Tanınmış jurnalist prezidentdən kömək istədi



















Valeh Mirzə: «Jurnalistlərin binasının açılış mərasimində işsizliyimlə bağlı məktubum Sizə təqdim olundu, amma nədənsə bugünədək heç bir nəticə yoxdur»

YAP üzvü, “Tərəqqi medalçısı, Azərbaycan Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü Valeh Mirzə prezident İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib. Bununla bağlı redaksiyamıza göndərdiyi müraciətinin surətində tanınmış jurnalist bildirir ki, o, “Savalan” («Azərbaycan pioneri») və “Bakı Post” qəzetlərindən sonra 2001-2007-ci illərdə “Azərbaycan müəllimi” qəzetində baş redaktor vəzifəsində çalışıb. Onlarla kitabın müəllifi olduğunu bildirən Valeh Mirzə sabiq prezident Heydər Əliyevin və hazırkı prezideni İlham Əliyev haqqında iki kitab, onlarla şeir və bir poema yazıb.

Valeh Mirzə müraciətində yazır ki, 2007-ci ildə müxtəlif səbəblər üzündən öz ərizəsiylə vəzifəsini təhvil verməli olub. «O vaxtdan işsizəm. İki il öncə (2013-cü ilin 22 iyulunda) Mətbuat Günü münasibətilə jurnalistlərin binasının açılış mərasimində işsizliyimlə bağlı məktubum Sizə təqdim olundu, amma nədənsə bugünədək heç bir nəticə yoxdur. Bu müddət ərzində hansı mənəvi iztirablar keçirdiyimi sözlə ifadə edə bilmirəm. Xahiş edirəm mənim taleyimə biganə qalmayasınız və potensialıma uyğun bir işlə təmin edəsiniz».


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR