“Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR

1-02-2018, 10:28 449 dəfə baxılıb

“Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR














Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa vilayəti üzrə şöbə rəhbərinin birinci müavini Namiq Talıbov bildirib.

N.Talıbov deyib ki, Odessada yaşayan ermənilər Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar hər hansı addım atmağa cürət edə bilməzlər:
“Buradakı ermənilər Azərbaycana qarşı hər hansı iş görsələr belə, bunu gizlincə edirlər. Biz Ukraynada şəhərin mərkəzində Xocalı faciəsinin ildönümünü qeyd edərkən, ermənilər səslərini belə çıxartmağa cəhd etmədilər. Ermənilər tam bizim əlimizin altında olmasalar da, ancaq onlar qorxularından heç vaxt üzə çıxmırlar. Hətta, biz Ermənistan konsulluğu qarşısında aksiya keçirəndə belə, bir nəfər erməni ortaya çıxmadı. Əksinə, gedib bizdən polisə şikayət etmişdilər. Polis də təhlükəsizlik tədbirləri görülməsi üçün bizi nəzarətə götürmüşdü. Odessada yaşayan ermənilər azərbaycanlılardan qorxurlar. Burada Bakı erməniləri də yaşayır. Hər hansı problemləri olan zaman Bakı erməniləri bizim yanımıza qaçıb kömək istəyirlər. Çünki daşnak erməniləri Bakı ermənilərini qəbul etmirlər”.

Diaspora nümayəndəsi qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi Odessada yaşayan ermənilərlə normal münasibət yaradılmasını istəyir:
“Bəzən Azərbaycan səfirliyinin nümayəndələri gəlib bizə deyirlər ki, “xalq diplomatiyası”na uyğun olaraq Ukraynada yaşayan sıravi ermənilərlə münasibətləri pozmayın, sizə yaxınlaşan ermənilərə düşmən münasibəti göstərməyin, onlarla münasibətləri qoruyun, əlaqələr yaradın və sairə. Səbəb kimi də deyirlər ki, vaxtilə Qarabağda yaşamış hər bir azərbaycanlının erməni qonşusu olub. Ancaq bu gün bu mümkün olan iş deyil. Mən bunu hər zaman demişəm ki, biz ermənilərlə torpaqlarımız işğaldan azad ediləndən sonra yalnız qalib tərəf olaraq bir masa arxasında oturacağıq. Başqa cür mümkün deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR