Elşad Nəbiyev sürücülərə "rüsum"u necə qoyub? - Saxtakarlıq - VIDEO

22-08-2015, 14:55 766 dəfə baxılıb

Elşad Nəbiyev sürücülərə "rüsum"u necə qoyub? - Saxtakarlıq - VIDEO




















Gəncə DYPİ-nin rəis müavini Rəhim Zalovun məzuniyyətdə olmasından istifadə edərək ciblərini doldurur

Xəbər verdiyimiz kimi, Gəncə DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru Ruhin Salahov qəza törətmiş sürücüdən 200 manat rüşvət istəyib. Bu barədə redaksiyamıza Kəlbəcər rayon sakinin Üzeyir abdullayev məlumat verib.

Onun sözlərinə görə Gəncə DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru Ruhin Salahov Üzeyir Abdullayevdən 200 manat rüşvət istəyib. Buna səbəb 19.08.2015-ci ildə Ü.Abdullayev şəhər ərazisində qəza törətməsi olub. Belə ki, vətəndaş qəza baş verdikdən sonra polisə məlumat verib. Hadisə yerinə gələn Gəncə DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru Ruhin Salahov hər iki maşını cərimə meydançasına aparıb. Bundan sonra isə polis kapitanı Ruhin Salahov sürücüdəın 200 manat tələb edib. 80 manat isə cərimə edəcəyini bildirib.

Vətəndaş Ü.Abdullayevin pulu olmadığından R.Salahov ona məsxus avtomobili cərimə meydançasından buraxmayıb. Maşın 3 gün cərimə meydançasında saxlanılıb.

Üzeyir Abdullayev bu gün bu barədə redaksiyamıza məlumat verdikdən sonra rəis müavini Elşad Nəbiyevlə görüşdük. Faktla bağlı rəis müavininə ətraflı məlumat verdikdən sonra o, öz korrupsioner yoldaşının tərəfini saxladı. Dedi ki, Ruhin rüşvət istəyib deyərik almaz. Otağında isə Ruhinin şəhərdə tək işlədiyini və gün ərzində saat 11-də işə gəlməyini hadisələrin çox olması ilə əlaqələndirdi. Mən E.Nəbiyevə bildirim ki, hər gün eyni vaxtda şəhərdə yol nəqliyyat hadisəsi olmur. Bu əhlikef özü istədiyi vaxtda gəlir-gedir.

R.Salahov isə bizə bu barədə məlumat vermək əvəzinə "bu otaq mənimdi, otağı tərk edin" deyərək qapını bağladı.(xia.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR