Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq

28-06-2015, 14:36 1005 dəfə baxılıb

Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq




















“Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır”

Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq.

Apasport.az məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

AOK prezidenti bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilk qitə miqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq.

Belə ki, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq.

P.Hikki söyləyib ki, artıq bu barədə qərar da verilib: “Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı”.

Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli də daim eyni ölkədə - Yunanıstandakı Olimp dağında alovlandırılır.

Patrik Hikki bu gün keçirilən mətbuat konfransında təşkilatçılıqdan da məmnun qaldığını açıqlayıb. O, həmçinin qeyd edib ki, burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq:

“Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq.

II Avropa Oyunları üçün 6 namizəd ölkəmiz var. Hollandiyaya getdik, oradakı obyektlərə baxdıq. Amma siyasi qərara görə bu, baş tutmadı. Biz istəyirik ki, coğrafi tarazlıq saxlanılsın. Namizədlərin 5-i ilə danışıq aparırıq. Onlardan ikisi 2023-cü ildəki oyunlara namizəd olmaq istəyir. Hazırda 3 ölkə ilə 2019-cu il Avropa Oyunları üçün danışıq gedir. Hesab edirəm ki, bundan sonra da Oyunlar yüksək səviyyədə davam edəcək”.

P. Hikki eyni zamanda oyunlarla bağlı 900-dən çox xarici jurnalistin qeydiyyatdan keçməsini yüksək qiymətləndirib: Bu, əla haldır. Mətbuatın əməyini yüksək qiymətləndiririk”

AOK prezidenti bildirib ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da var. Amma Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarış üçün həvəsləndirib”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR