Səfirlik və konsulluqlara yeni hüquq verildi - Prezident FƏRMANI

27-08-2018, 20:47 368 dəfə baxılıb

Səfirlik və konsulluqlara yeni hüquq verildi - Prezident FƏRMANI


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Azerinfo.tv xəbər verir ki, fərmana əsasən, Azərbaycanın xaricdəki səfirlikləri xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.
Dövlət başçısı 2007-ci "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”sində də müvafiq dəyişiklik edilməsi barədə fərman imzalayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR