Türkiyəyə PKK-dan daha ağır yara vurulacaq

17-06-2015, 22:20 2003 dəfə baxılıb

“Səlahəddin Dəmirdaş və onun partiyası parlamentdə yer aldıqdan sonra Türkiyəyə Abdullah Öcalanın rəhbəri olduğu PKK-nın yaşatdığı dövrdən daha acı bir zaman yaşadacaq”.
Türkiyəyə PKK-dan daha ağır yara vurulacaq

Türkiyəyə PKK-dan daha ağır yara vurulacaq

Bu sözləri mətbuata şərhində politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, HDP tezliklə Türkiyədən federasiya tələb edəcək:


“Bu partiya parlamenti bir növ döyüş meydanına çevirəcək. Bu partiya Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığı dəyərləndirə bilmir. Azlıqda olan bir xalqın nümayəndəsi olsa da o, Türkiyə vətəndaşıdır. O, Türkiyə əvəzinə Ermənistanı müdafiə etməli deyil. Belə hesab edirəm ki, Dəmirdaşın Qarabağın Türkiyənin məsələsi olmaması, ermənilərdən və Ermənistandan “soyqırım”a görə üzr istənilməsi ilə bağlı çıxışlarına görə, partiyanın bağlanması haqqında məsələ qaldırılmalıdır. Çünki bu, konstitusiyaya ziddir və Türkiyənin milli, strateji maraqlarına qarşı yönəlib. Mən güman edirəm ki, bu iqtidarın içindən bir nəfər çıxıb, Dəmirdaşın cavabını verəcək. Əks təqdirdə Dəmirdaş daha uzağa gedəcək və Ankaradan federasiya istəyəcək, kürd dilinə dövlət dili statusu qazandırmağa çalışacaq. Bu, partiyanın proqramında da var. Onun qarşısının alınması üçün indidən tədbir görülməlidir”.

Q.Hüseynli Qərbin indiyə qədər kürdlərdən Türkiyəyə qarşı istifadə etməyə çalışdığını da bildirib:

“İndiyə qədər ermənilərlə bərabər hər zaman bu coğrafiyada kürdlərin hisslərindən yararlanaraq, onlardan istifadə etməyə çalışıblar. Bu dəqiqə Qərbin çox ölkəsi bundan istifadə etməkdədir. HDP-nin baryeri aşıb parlamentə girməsini zəfər kimi dəyərləndirirlər. Halbuki kürdlərin qələbəsində Atatürkün partiyası olan CHP-nin rəhbəri Kamal Kılıçdaroğlunun da böyük rolu olub. Kılıçdaroğlunun özü də kürddür. Öz məmləkəti Tuncelidə o ən azı iki yeri HDP-yə güzəştə getdi ki, baryeri keçə bilsin. Başqa yerlərdə də məhz onun partiyasının səyləri nəticəsində səslər HDP-yə axdı. Türkiyədə solçuluğa gəlincə isə burada heç vaxt prinsipial solçuluq olmayıb. PKK burada millətçi partiyadır. Onun ideologiyasının böyük hissəsi solçuluq yox, sağçılıqla yoğrulub. Məsələn, dənizdən dənizə kürd dövləti yaratmaq, kürdləri türklərdən üstün saymaq, terroru öz mübarizələrində əsas vasitəyə çevirmək PKK-nın əsas ideyası olub. Onlar İran, İraq, Suriya, Türkiyədəki kürdləri birləşdirib “Böyük Kürdüstan” yaratmaq istəyirlərsə, burada hansı solçuluqdan danışmaq olar. PKK sırf millətçilik ideyalarını yayır. Bu ideya təəssüf ki, Ərdoğanın “kürd açılımı” siyasəti sayəsində daha da qol-qanad açdı və qeyri-stabillik yaradan əsas vasitəyə çevirdi”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR