Tikinti işləri aparılıb

14-09-2015, 22:48 867 dəfə baxılıb

Tikinti işləri aparılıb

Nəqliyyat Nazirliyi ödənişsiz dayanacaqlara yeni yollar çəkir – FOTO + VİDEO
















Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqların təşkili məqsədi ilə tikinti işləri aparılıb.

ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və “VAZ yol qovşağı” adlanan sahəsində yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib.

Bununla da qovşaqla dayanacağa nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15 kilometrliyində yaradılan ödənişsiz duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib.

Burada avtobusların dayanması üçün tikilən “cib”likdə 130 paqon metr səki daşı da düzülüb. Yol kənarında abadlaşdırma, yaşıllaşdırma işləri həyata keçirilib, səkilərə bəzək daşları döşənib.

Bundan başqa “Lökbatan dairəsi” istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönmələri üçün ayrıcı zolaqdan yol verilib.

Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib.

Bundan başqa Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib.

Tikinti işləri aparılıb
Tikinti işləri aparılıb
Tikinti işləri aparılıb
Tikinti işləri aparılıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR