Şeyxin qudası həcc ziyarətini yarımçıq qoyub Bakıya döndü – Deputatlığa görə…

18-09-2015, 14:32 709 dəfə baxılıb

Şeyxin qudası həcc ziyarətini yarımçıq qoyub Bakıya döndü – Deputatlığa görə…

















Milli Məclisin deputatı Qalib Salahzadə dünən həcc ziyarətindən yarımçıq Bakıya dönüb

Avropa.info-nun əldə etdiyi məlumata görə, Qalib Salahzadə İstanbul aviareysi ilə Azərbaycana qayıdıb. Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. YAP 27 saylı Sabunçu ikinci dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizəd olması ilə bağlı qərar qəbul edib.
Məlumatı saytımıza verən mənbə qeyd edib ki, Qalib Salahzadənin həcc ziyarətini yarımçıq qoyub Bakıya dönməsi onun yenidən deputat seçilmək arzusu ilə bağlıdır: “Hacı Qalib yenidən deputatlığa namizəd olmaq üçün danışıqlar aparmaq istəyir”.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə bugünkü müahibəsində partiyanın qərarından kənar namizəd olmaq istəyənlərin üzvlükdən xaric oluncaqlarının anonsunu verib.
Xatırladaq ki, Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.
O, hazırda 27 saylı Sabunçu ikinci dairəsindən Milli Məclisin deputatıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR