Penitensiar xidmət: Taleh Bağırov aclıq aksiyası keçirmir və ona qərəzli münasibət göstərilmir

8-02-2019, 22:45 407 dəfə baxılıb

Penitensiar xidmət: Taleh Bağırov aclıq aksiyası keçirmir və ona qərəzli münasibət göstərilmir

"Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, normal qaydada qidalanır".

Bunu "Report"un sorğusuna cavabında Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Xidmət rəsmisi vurğulayıb ki, T.Bağırova qarşı heç bir qərəzli münasibət göstərilmir və o, digər məhbuslar kimi, adi qaydada cəzasını çəkməkdə davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR